Yuxarı

Xocavənddə silah satmaq istəyən şirkət əməkdaşı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocavənddə silah satmaq istəyən şirkət əməkdaşı... - Foto

Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, işğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.

Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.10.13 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sammitdə onlarla görüşdü - Video

Bu, böyük səhv idi, Şuşa alınarkən İranda...

Ərdoğandan azərbaycanlılarla bağlı – Mühüm qərar

Misirdə Əliyev-Paşinyan görüşündən - Maraqlı foto

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - Video

Overçuk Bakıda danışdı: Moskva, Bakı və Tehran...

Bakıda mühüm üçtərəfli görüş keçirildi

Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

Bakı Trampın Qəzza planında iştirak edə bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla