Yuxarı

Araz çayı üzərində körpünün tikintisi nə vaxt bitir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz çayı üzərində körpünün tikintisi nə vaxt bitir?

Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək.

Ş.Mustafayev qeyd edib ki, Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Baş nazirinin müavini həmçinin vurğulayıb ki, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır:

"Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq".

Tarix
2025.10.13 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm üçtərəfli görüş keçirildi

Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

Bakı Trampın Qəzza planında iştirak edə bilər?

Prezident Assambleya iştirakçılarına müraciət etdi

Azərbaycan İspaniyanı təbrik etdi

İlham Əliyev Misirə getdi

Bakı ilə təmaslar heç vaxt kəsilməyib - Peskov

Düşənbədə İlham Əliyev üçün belə hazırlıq görülüb - Video

Qardaş ölkə yenə itki verdi - Döyüşün səbəbi nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla