Yuxarı

Gömrükçünü öldürən 16 yaşlı oğlan saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçünü öldürən 16 yaşlı oğlan saxlanıldı

10:03

Xəbər verdiyimiz kimi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı bıçaqlanaraq öldürülüb.

Axar.az Report-a istinadla xəbər verir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-nın qarşısından orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakini 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda istintaq aparılır.

***

Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Tarix
2025.10.13 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla