
Putin-Tramp görüşü üçün dərin və ciddi iş aparılır - Zaxarova
01:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bəzi Avropa Birliyi siyasətçiləri Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya və ABŞ prezidentləri sammitini pozmaq üçün təxribatlara əl atacaqlar.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O vurğulayıb ki, Avropa liderlərinin marağı sülh deyil, münaqişənin davam etdirilməsidir.
Nazir buna görə də sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə müxtəlif təşəbbüslərin ola biləcəyini istisna etməyib.
Həmçinin qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban Avropada Rusiya və ABŞ prezidentləri ilə yaxın əlaqələr qura bilən yeganə siyasətçi olaraq qalır və görüşün Budapeştdə keçirilməsi məhz bu səbəbdəndir.
Tarix
2025.10.19 / 22:59
|
Müəllif
Axar.az
|