Yuxarı

OPEK+ ölkələri bu gün toplanır: Mühüm qərar gözlənilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
OPEK+ ölkələri bu gün toplanır: Mühüm qərar gözlənilir

Səkkiz OPEK+ ölkəsi bu gün onlayn iclasda dekabr ayı üzrə neft hasilatı planı ilə bağlı qərar verəcək.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. OPEK+ ölkələrinin keçiriləcək görüşdə hasilatı yenidən 137 min barrel artıracağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən OPEK+ ölkələrindən səkkizi - Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt gündəlik 2,2 milyon barrel neft hasilatını könüllü şəkildə azaltmışdı. Ancaq həmin ölkələr 2025-ci ilin aprelindən etibarən hasilatı tədricən artırmağa başlayıblar və sentyabrda, yəni planlaşdırılandan bir il əvvəl bu azaltmalar tamamilə ləğv edilib.

Oktyabrda onlar hasilatı daha 137 min barrel artırmaq barədə razılığa gəliblər. Hazırda noyabr üçün də eyni qərar qəbul olunub.

Tarix
2025.11.02 / 01:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla