Yuxarı

“Birbank”ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Birbank”ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr...

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb.

Belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2025.11.05 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu şəxsləri təltif etdi

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla