Yuxarı

Uitkoffla bunları müzakirə etdik... - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uitkoffla bunları müzakirə etdik... - Fidan

Vaşinqtona səfərim zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Ukrayna, İran, Fələstin və Suriya mövzularını ətraflı müzakirə etdik.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

“Uitkoffun məsul olduğu Fələstin məsələsi ilə bağlı bir çox məsələni ətraflı müzakirə etmək imkanı əldə etdik. Bildiyiniz kimi, atəşkəslə bağlı hələ də həll olunmamış vacib məsələlər var. Uitkoff həmçinin Rusiya-Ukrayna məsələsinə nəzarət edir, ona görə də bu mövzuda dərin müzakirələr apardıq. Müharibənin sona çatması üçün bu vacib məqamda nələrin edilə biləcəyini, Türkiyənin oynaya biləcəyi rolu və bu kontekstdə ABŞ ilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələlərlə bağlı müəyyən fikirləri var. Görüşdə bəzi qiymətləndirmələrimizi və növbəti addımlarımızı açıqladıq”, - Fidan bildirib.

Tarix
2025.11.11 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla