Yuxarı

ABŞ rus nefti ilə bağlı Türkiyəyə də təzyiq edir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ rus nefti ilə bağlı Türkiyəyə də təzyiq edir...

ABŞ Dövlət Departamenti Türkiyəyə Rusiyadan enerji resursları almağı dayandırmaq çağırışı edib. Dövlət Departamentinin açıqlamasına görə, bu məsələ ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və dövlət katibi Marko Rubio tərəfindən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Türkiyə hazırda Çin və Hindistandan sonra Rusiyanın üçüncü ən böyük neft alıcısıdır. ABŞ-ın iki əsas Rusiya neft istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra Türkiyənin neft emalı zavodları rus neftinin alışını azaltsa da, ölkə idxalı tam dayandırmağı planlaşdırmır.

Rusiya həmçinin Türkiyənin ən böyük təbii qaz tədarükçüsüdür. Hazırda iki tərəf mövcud müqavilələrin ilin sonunda başa çatması fonunda uzunmüddətli qaz sazişləri üzrə danışıqlar aparır”, - məlumatda qeyd olunub.

Agentlik yazır ki, ABŞ-ın təzyiqi Türkiyə üçün potensial başağrısı yarada bilər. Lakin Ankaranın enerji mənbələrinin şaxələndirilməsi sayəsində ölkə bu təzyiqin təsirini azalda və idxal xərclərindəki artımı idarəolunan səviyyədə saxlaya bilər.

Tarix
2025.11.11 / 12:40
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla