Yuxarı

Makrondan Qəzza ilə bağlı açıqlama: Hazırıq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makrondan Qəzza ilə bağlı açıqlama: Hazırıq!

Fransa tərəfi anklavda vəziyyəti sabitləşdirmək üçün Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Fələstin Prezidenti Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bildirib.

"Qəzzadakı vəziyyətin sabitləşməsi Fələstin Administrasiyasının təhlükəsizlik və polis qüvvələrinin bərpasını tələb edir.

Fransa bu məqsədlə "EUBAM Rafah" və "EUPOL Copps" missiyaları çərçivəsində Fələstin qüvvələrinin gücləndirilməsinə kömək etməyə hazırdır. Həmçinin Fransa Qəzza zolağında beynəlxalq təhlükəsizlik missiyalarına 100-dən çox hərbçi göndərmək niyyətindədir", - deyə Makron qeyd edib.

Qeyd edək ki, daha öncə “Politiko” nəşri Avropa Birliyinin humanitar yardımların Qəzza sektoruna çatdırılmasına dəstək üçün Rəfah sərhəd-keçid məntəqəsi ərazisində sərhəd yardım missiyasının (EUBAM Rafah) fəaliyyətini bərpa etməyə hazır olduğuna dair məlumat yaymışdı. Nəşr, həmçinin AB-nin Fələstin mülki polisini və məhkəmə orqanlarını dəstəkləmək üçün "EUPOL Copps" xidmətini işə cəlb edə biləcəyinə hazır olduğunu da qeyd etmişdi.

Tarix
2025.11.12 / 00:47
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla