Yuxarı

Türk ölkəsi LGBT təbliğatını qadağan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ölkəsi LGBT təbliğatını qadağan etdi

Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) ölkədə “pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını” qadağan edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Axar.az xəbər verir ki, dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kino, media və onlayn platformalar da daxil olmaqla, doqquz qanunu əhatə edib.

İctimai yerlərdə, mediada və internetdə LGBT təbliğatına görə minimum aylıq əmək haqqının 40 mislinə qədər cərimə və ya on sutkaya qədər həbs cəzası veriləcək.

Qanunun qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiq edilməli və Qazaxıstan Prezidenti tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, Qazaxıstanda LGBT təbliğatını qadağan edən qanun layihəsi artıq bir çox insan haqları təşkilatları tərəfindən tənqid olunub. Məsələn, “Human Rights Watch” təşkilatı bəyan edib ki, təklif olunan düzəlişlər fundamental insan hüquqlarını pozur.

Tarix
2025.11.12 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla