Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
14:18
| Ana səhifə Planet |
|
İsveçrə ABŞ Prezidenti Donald Trampa verdiyi qiymətli hədiyyələr sayəsində tarif endirimlərinə nail olub.
Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, ölkə sənaye maqnatlarından ibarət nümayəndə heyəti ilə xüsusi “Roleks” masaüstü saatı, 1 kiloqramlıq qızıl külçə göndərib:
“Tramp bu cür diqqəti sevir və onun rəğbətini qazanmaq istəyən ölkələr və şirkətlər bunu bilirlər. Krala yaraşan hədiyyələr, xüsusən də qızıl, onun diqqətini cəlb edir və ürəyini fəth edir”.
Qeyd olunub ki, İsveçrə nümayəndə heyətinin 4 noyabr səfəri zamanı Trampa hədiyyə etdiyi külçənin üzərində onun prezidentlik müddətinin şərəfinə 45 və 47 rəqəmləri qeyd olunub. Belə bir hədiyyənin dəyəri 130 min dollardan çoxdur.
|
Tarix
2025.11.17 / 12:28
|
Müəllif
Zeynəb Əkbər
|