Yuxarı

Sülh planının təfərrüatı: Rusiya bu əraziləri geri qaytarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh planının təfərrüatı: Rusiya bu əraziləri geri qaytarır

Rusiya və ABŞ tərəfindən təklif olunan “sülh sazişinin” yeni versiyası çərçivəsində Zaporojye və Xerson istiqamətindəki cəbhə xətti dondurulacaq, lakin bəzi ərazilər Rusiya tərəfindən Ukraynaya qaytarılacaq. Bununla yanaşı, ABŞ Krım və Donbası rəsmi şəkildə Rusiyanın bir hissəsi kimi tanıyacaq.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı amerikalı rəsmiyə istinadən yazıb.

Məlumata görə, Kiyevdən Donbasın qalan hissəsindən imtina etməyi tələb edərkən, Ağ Ev belə düşünür ki, müharibə davam edərsə, Ukrayna onsuz da bu ərazini itirəcək. Ona görə də Ukraynanın maraqlarına uyğun olan hazırda razılaşmaya nail olmaqdır.

Bildirilir ki, sülh planına əsasən, Donbas əraziləri Rusiyanın nəzarəti altında olsa da, onları demilitarizasiya zonası elan edəcəklər və Rusiya orada qoşun yerləşdirə bilməyəcək:

“Putinin Rusiya konstitusiyasına daxil etdiyi Xerson və Zaporojye vilayətlərinə gəldikdə isə, oradakı nəzarət xətləri “dondurulacaq”.

Həmçinin bildirilir ki, Rusiya danışıqlar keçirilməsi şərtilə bəzi ərazilərə nəzarəti Ukraynaya qaytaracaq. Lakin məsələnin konkret hansı ərazilərdən getdiyi dəqiqləşdirilməyib.

Qeyd olunur ki, Rusiya hazırda Dnepropetrovsk, Xarkov və Sum vilayətlərinin bəzi hissələrinə nəzarət edir və Kreml bu ərazilərə rəsmi olaraq iddia irəli sürməyib.

Plana əsasən, ABŞ və digər ölkələr Krım və Donbası Rusiyanın suveren ərazisi kimi tanıyacaqlar, lakin Ukraynadan bunu tələb etməyəcəklər.

Tarix
2025.11.20 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla