Yuxarı

Ankara ilə qarşıdurmadan qaçırıq, lakin... - Netanyahu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara ilə qarşıdurmadan qaçırıq, lakin... - Netanyahu

Türkiyənin regional addımlarını yaxından izləyirik.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Abu Ali Express” adlı Teleqram kanalına açıqlamasında deyib.

O xatırladıb ki, Təl-Əvivlə Ankara arasında münasibətlər İsrail ordusunun Qəzza əməliyyatları səbəbindən pisləşib.

Netanyahu Türkiyənin bəzən “ifrat ritorikadan” istifadə etdiyini iddia edib.

Baş nazir eyni zamanda Türkiyə ilə müəyyən məsafə saxladıqlarını və Ankaranın regional addımlarını yaxından izlədiklərini də vurğulayıb:

“Biz düşmən axtarmırıq, lakin bölgədəki heç bir ölkənin bizi təhdid etməsinə də icazə verməyəcəyik”.

Türkiyə ilə qarşıdurmadan qaçdıqlarını vurğulayan Netanyahu qeyd edib ki, ölkəsini qorumaq üçün nə lazımdırsa edəcəklər:

“Amma mümkün olduğu qədər, ilk növbədə dialoq qurar, bununla bərabər qətiyyətli mövqe nümayiş etdirərik”.

Tarix
2025.11.22 / 17:00
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla