Yuxarı

Türkiyə və Ermənistan nazirləri İstanbulda görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və Ermənistan nazirləri İstanbulda görüşdü

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla İstanbulda görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Papoyan bildirib ki, Ermənistan-Türkiyə arasında müntəzəm təmasların vacibliyini vurğuladıq və dialoqu davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqlədik.

Öz növbəsində türkiyəli nazir Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfərini yüksək qiymətləndirib və bunun ikitərəfli münasibətlərin inkişafına müsbət təsirini vurğulayıb.

Qeyd edilib ki, görüşdə Qars-Gümrü dəmir yolu xəttinin yenidən açılması imkanları, TRİPP proqramı vasitəsilə hər iki ölkə üçün yaranan yeni iqtisadi, logistik və ticarət fürsəti müzakirə edilib. Söhbət zamanı bazarların şaxələndirilməsi, yeni logistik marşrutların formalaşdırılması, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub.

O cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib.

Görüşdə Ermənistanın QDİƏT-dəki daimi nümayəndəsi Nairi Petrosyan da iştirak edib.

Tarix
2025.11.29 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla