Yuxarı

Türkiyə bu məsələdə həmişə İranı dəstəkləyib - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə bu məsələdə həmişə İranı dəstəkləyib - Fidan

Türkiyə nüvə proqramı ilə bağlı məsələlərdə həmişə İranı dəstəkləyib və bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Axar.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə hazırda Tehranda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə danışıqlardan sonra bildirib.

O, bəyan edib ki, beynəlxalq hüquqla bağlı mübahisələr dialoq yolu ilə həll edilməlidir və İranın beynəlxalq ictimaiyyətə qayıtması onun iqtisadi və ümumi inkişafı üçün vacibdir.

Fidan həmçinin vurğulayıb ki, ədalətsiz sanksiyaların aradan qaldırılması regional sabitliyin əsas amilidir və Türkiyə bu prosesdə müsbət nəticələr əldə etmək üçün səylərini davam etdirəcək.

Tarix
2025.11.30 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla