Yuxarı

Zelenski inad edir, Tramp isterikaya düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski inad edir, Tramp isterikaya düşdü

Ukrayna öz ordusunun Donbasdan çıxarılması müqabilində atəşkəsə razılaşmağı nəzərdə tutan Tramp-Putin planına razılaşmır. Zelenski bu məsələdə açıq və net mövqe ortaya qoyub: “Ukraynanın ölkə Konstitusiyasına, beynəlxalq hüquqa və ya mənəvi qanuna əsasən öz ərazilərindən imtina etmək hüququ yoxdur”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, məhz Avropanın dəstəyi sayəsində Zelenski Trampın “Ukrayna ordusunu Donbasdan çəkmək” təzyiqinə qarşı müqavimət göstərir:

“Bu dəstəyin vizual görüntüsü də son dərəcədə vacib siyasi-diplomatik məqamdır. Bu nə deməkdir? Tramp görür ki, bütün Qərb televiziya kanallarında Zelenski Avropa liderləri ilə birlikdə göstərilir və ərazi təsliminin qəbuledilməz olduğu barədə bəyanatlar verilir. Təbii ki, bu faktor ictimai rəyi formalaşdırır və bu, rəy heç də Trampın lehinə deyil.

Məhz bu dəstək Tramp-Putin planını pozur. Təbii ki, Trampın qıcığı pik həddədir və bu səbəbdən də Tramp ABŞ-ın daxilində Avropaya qarşı "fas" komandası verib. İlon Mask, Stiv Bennon, Flinn, Rubionun müavini Kristofer Landau və digərləri Medvedyev, Duginlə birləşərək ən sərt şəkildə Avropaya qarşı tənqid sunamisini qaldırıblar.

Başqa sözlə, Tramp artıq təzyiqləri Ukraynaya yox, Avropaya etməyə çalışır.

Avropa liderləri isə Trampın üzünə gülərək, "böyük lider" adlandıraraq, "dahiliyini" vurğulayaraq, öz işlərini görürlər, silahlanırlar”.

Tarix
2025.12.09 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla