Yuxarı

AB sammiti bu gün gərgin keçəcək - Leyen

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB sammiti bu gün gərgin keçəcək - Leyen

Ukraynanın maliyyələşdirilməsi məsələsi bu gün mütləq həll olunacaq.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen AB sammitindən əvvəl deyib.

“Avropa Şurasının bu sammiti həlledici məqamda keçirilir. Bizim bir əsas məqsədimiz var: Ukrayna üçün gücə və davamlılığa əsaslanan sülhə nail olmaq. Buna nail olmaq üçün Ukraynanın növbəti iki il - 2026 və 2027-ci illər üçün zəmanətli maliyyələşdirməyə ehtiyacı var.

Əhəmiyyətli odur ki, Avropa Şurası son iclasında Ukraynanın bu iki il ərzində maliyyə çatışmazlığını aradan qaldırmağı öhdəsinə götürdü. Öz hesablamalarımıza, eləcə də Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, söhbət 137 milyard avrodan gedir. Biz bu məbləğin üçdə ikisini, yəni təxminən 90 milyard avronu ödəməyə razılaşdıq.

Müzakirələr gərgin keçəcək. Mənim üçün ən önəmlisi odur ki, bu danışıqlar nəticəsində Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi etibarlı şəkildə təmin edilsin”, - Leyen bildirib.

Tarix
2025.12.18 / 17:16
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla