Yuxarı

Moskvada generalın olduğu avtomobil partladıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada generalın olduğu avtomobil partladıldı - Foto

10:18

Moskvanın cənubunda generalın olduğu avtomobildə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, avtomobildə Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarov olub.

Bildirilib ki, general özünün “Kia Sorento” markalı avtomobilinə əyləşən zaman partlayış baş verib. Partlayış nəticəsində ağır xəsarətlər alan general xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, partlayış sürücünün oturacağının altına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Rusiya İstintaq Komissiyası general-mayor Fanil Sarvarovun öldüyünü bildirib.

“Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarov aldığı xəsarətlərdən ölüb”, - İstintaq Komissiyasının rəsmini Svetlana Petrenko bildirib.

Tarix
2025.12.22 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla