Yuxarı

Kilsələrdə ayin zamanı onun adı çəkilməməlidir - Nikol

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kilsələrdə ayin zamanı onun adı çəkilməməlidir - Nikol

Dekabrın 28-də Qarnidəki Müqəddəs Tanrının Anası Kilsəsində ayində (liturgiya) iştirak edəcəyəm. Gözləntim ondan ibarətdir ki, bundan əvvəl irəli sürülmüş əsaslandırma və səbəblərə görə ayin zamanı Ktriç Nersisyanın (katolikos II Qaregin – red.) adı çəkilməsin.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bəzi insanlar deyirlər ki, müxtəlif kilsələrdə ayinlərdə iştirak edərkən Ktriç Nersisyanın adı səslənəndə etiraz etmək istəyirlər. Bu, mümkündürmü və icazəlidirmi? Məncə, bəli, mümkün və icazəlidir. Çünki bu, legitim gözləntidir. Çünki özlərini ali dəyərlərə sahib və müəyyən qaydalarla yaşayan insanlar kimi təqdim edənlər bu qaydalara əməl etməyiblər, etmirlər və bu faktla üzləşməyə də hazır deyillər. Biz - Erməni Apostol Kilsəsinin ardıcılları bu faktla bağlı təkcə mövqe formalaşdırmamalı, həm də bu mövqeyi ifadə etməli, nəhayət, ondan irəli gələn praktiki nəticələrə nail olmalıyıq”, - baş nazir deyib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl dəfələrlə II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını bəyan edib. Baş nazir dini andını pozmaqda ittiham edən katolikosu könüllü vəzifəsini tərk etməyə çağırıb. Bu səbəbdən o, kilsələrdə liturgiya zamanı II Qareginin adının çəkilməsini doğru hesab etmir.

Tarix
2025.12.27 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla