Yuxarı

Ukrayna Putinin qərargahına hücum edibmi? - ABŞ rəsmisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Putinin qərargahına hücum edibmi? - ABŞ rəsmisi

Ukraynanın Rusiya lideri Vladimir Putinin Valdaydakı iqamətgahına hücum edib-etmədiyi hələlik aydın deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Ukrayna sülh sazişi əldə etmək istəyir. Sülh sazişinə bu qədər yaxın olmaq ərəfəsində belə bir hücumun olması inandırıcı deyil. ABŞ Prezidenti Donald Tramp əvvəllər Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə şübhə ilə yanaşmışdı. O, sülh danışıqları zamanı belə bir addımın çox təxribatçı olacağını vurğulayıb", - deyə o bildirib.

Uitaker həmçinin qeyd edib ki, müharibəyə son qoymaq üçün bütün diplomatik səylərə baxmayaraq, Rusiya Ukraynaya hücumlarını dayandırmayıb:

"Rusiya hər gün Ukraynaya raket zərbələri endirir. Düşünürəm ki, hər iki tərəf müharibəyə son qoymaq istəyir, sadəcə şərtlər fərqlidir"

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi həmçinin ərazi məsələlərinin həll prosesində ən çətin məsələlərdən biri olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, Rusiya tərəfi Prezident Putinin Novqoroddakı iqamətgahına Ukraynanın dekabrın 28-dən 29-na keçən gecə 91 PUA ilə hücum etdiyini açıqlayıb. Ukrayna bu iddianə rədd edib.

Tarix
2025.12.30 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla