Yuxarı

Venesuelaya zərbədən Zelenski narahatdır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Venesuelaya zərbədən Zelenski narahatdır?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna istiqamətinin zəifləməsindən narahat deyil. ABŞ Prezidenti Donald Tramp Ukrayna mövzusuna maraq göstərməklə Kiyevə nə fayda verib ki?!

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qərb mediasının ABŞ-ın Venesuelaya endirdiyi zərbələrə görə Kiyevin Vaşinqtonun prioritetlərinin dəyişməsi və Ukrayna istiqamətində marağın zəifləməsindən narahat olması haqda iddialara münasibət bildirərkən qeyd edib.

“Trampı Ukraynanın ərazi itkisi düşündürmür, onun əsas məqsədi müharibəni hətta Donbasın tamamının Rusiyaya təhvil verməsi hesabına olsa belə dayandırmaqdır. Zelenski ona görə Trampla görüşlərə gedir ki, dəvətlərə mənfi cavab versə, ABŞ prezidenti ilə münasibətləri gərginləşdirəcək. O, sadəcə Trampla hər dəfə görüşməyə və Vaşinqtonun təkliflərini müzakirə etməyə hazır olduğunu söyləməyə məcburdur. Zelenskiyə Trampla növbəti qarşıdurma lazım deyil. Ukraynaya ABŞ-ın silahları və hərbi texnikası lazımdır, onu da Avropa üzərindən alır. ABŞ hərbi texnikanı Avropa ölkələrinə satır, onlar da həmin texnikanı Ukraynaya ötürürlər”, - o bildirib.

Tarix
2026.01.04 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Aksiz vergisi ilə bağlı rəsmi qərar

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla