Yuxarı

Danimarkdan Trampa: Dərhal təhdidləri dayandır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Danimarkdan Trampa: Dərhal təhdidləri dayandır!

Qrenlandiya krallığın bir hissəsidir və ABŞ təhdidlərini dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

O bildirib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur:

"ABŞ-ın krallığın 3 subyektindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə də Qrenlandiya NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır. Artıq krallıq və ABŞ arasında ABŞ-a Qrenlandiyaya geniş giriş imkanı verən müdafiə müqaviləmiz var və biz Arktika təhlükəsizliyinə əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq.

Buna görə də mən ABŞ-ı tarixən yaxın müttəfiqə, eləcə də satış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə və başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram".

Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsi üçün lazım olduğunu açıq şəkildə qeyd edib.

Tarix
2026.01.05 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla