Yuxarı

Rusiya ordusu Kiyevi vurdu: ölənlər var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordusu Kiyevi vurdu: ölənlər var - Video

09:22

Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla, ölkənin bir çox şəhərinə kütləvi dron və raket hücumları edib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.

"Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi yerə ikinci zərbə endirilib. Bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Hamısı əraziyə kömək göstərmək üçün getmişdi", - mer əlavə edib.

Onun sözlərinə görə, ümumilikdə hücumlarda 4 nəfər ölüb və 10 sakin xəsarət alıb.

Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Binadan 29 nəfər təxliyə edilib.

Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığını bildirib. Hərbçilər həmçinin Qara dənizdən "Kalibr" qanadlı raketlərinin atılması barədə xəbərdarlıq ediblər.

***

Rusiyanın Kiyevə hücumu nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

Bu barədə Kiyev şəhər prokurorluğunun məlumatında bildirilib.

Hücum nəticəsində paytaxtın Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkovski, Qoloseyevski və Svyatoşinski rayonlarına ziyan dəyib. 19 çoxmənzilli bina, bir səfirlik binası, tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsi zədələnib.

Tarix
2026.01.09 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla