MOSSAD və MKİ İranda 1953-cü il ssenarisini təkrarlayır
11:01
| Ana səhifə Planet |
|
Vaşinqtonda yerləşən “Nüvə Silahına qarşı İran Birliyi” Təşkilatı (United Against Nuclear İran) qeyri-kommersiya təşkilatı İranla bağlı 50 hədəfdən ibarət dosye tərtib edərək, Ağ Ev rəsmilərinə təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
Sənəddə etirazların qəddarcasına yatırılmasının mərkəzi sayılan SEPAH-ın “Sərallah” qərargahının dəqiq koordinatları qeyd olunub.
Bildirlib ki, bu qərargah faktiki olaraq hərbi sinir mərkəzi kimi fəaliyyət göstərir və polis qüvvələri üzərində əməliyyat nəzarətini həyata keçirir.
Bundan başqa, hədəflər siyahısına SEPAH-ın paytaxt Tehranın müxtəlif bölgələrinə nəzarət edən dörd əsas bölmə də daxil edilib: Qüds, Fəth, Nəsr və Qədr qüvvələri.
|
Tarix
2026.01.14 / 09:41
|
Müəllif
Axar.az
|