Yuxarı

Magistraturaya sənəd qəbulu başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistraturaya sənəd qəbulu başladı

Azərbaycanda yanvarın 14-dən 26-dək magistraturaya sənəd qəbulu aparılacaq, I cəhd imtahanı isə fevralın 15-də olacaq.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ("Şəxsi kabinet"i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurur və təsdiq edirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

Tarix
2026.01.14 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

Azərbaycan-AB tərəfdaşlığı: Üfüqdən o yana... - Hacıyev

Fatimənin əmisindən ürəkdağlayan sözlər - Video

Azərbaycan nadir ölkələrdəndir ki... - Leyen

Qaz ixracımızın yarısı AB-nin payına düşür - Prezident

Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla