Yuxarı

Şəkərin və xərçəngin səbəbi bu maddələrdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkərin və xərçəngin səbəbi bu maddələrdir

Müəyyən qida konservantları – nitrat, nitritlər xərçəng və diabet riskini artırır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu, iki böyük Fransa tədqiqatının müəllifləri tərəfindən əldə edilən nəticədir.

Hər iki tədqiqat 100 mindən çox Fransa sakininin yeməkləri barədə anketlərə əsaslanır. Təhlil göstərib ki, sənayedə emal olunmuş qidalarda geniş istifadə olunan müəyyən konservantlar ağır xəstəliklərin daha yüksək tezliyi ilə əlaqələndirilir.

Birinci yerdə nitritlər və nitratlar - vetçina, bekon və kolbasa istehsalında istifadə olunan maddələr durur. Bu maddələrlə ümumi xərçəng, eləcə də döş və prostat xərçəngi riskinin artması arasında əlaqə aşkar edib. Natrium nitrit və prostat xərçəngi arasındakı əlaqə özünü çox göstərib: risk minimal istehlak edən qruplarla müqayisədə təxminən üçdə bir qədər yüksək olub.

İkinci tədqiqat kif və bakteriyaların böyüməsinə maneə törətmək üçün istifadə edilən kalium sorbat da daxil olmaqla müəyyən pəhriz əlavələrinin 2-ci tip diabet riskinin artırdığını sübut edib.

Müəlliflər müəyyən edilmiş əlaqələrin birbaşa səbəb və nəticəni sübut etmədiyini vurğulayırlar. Hər iki tədqiqata rəhbərlik edən epidemioloq Matilda Tuvierin sözlərinə görə, konservantlarla qida qəbul etmək dərhal xəstəliyin inkişafına səbəb olmur, lakin bu cür maddələrə kümülatif məruz qalma uzunmüddətli sağlamlıq problemləri yarada bilər.

Tarix
2026.01.14 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla