Yuxarı

Azərbaycanlı Ukraynada qarət olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Ukraynada qarət olundu

Ukraynanın Poltava Şəhər Məhkəməsi 55 yaşlı Azərbaycan vətəndaşına qarşı quldur hücumu etmiş 4 şəxsə dair ittiham aktını məhkəməyə göndərib.

Report xəbər verir ki, bu barədə Poltava vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

Məlumata görə, iki qadın azərbaycanlının kirayə qaldığı evə gəlib. Sonradan onlardan biri mənzili müvəqqəti olaraq tərk edib və geri iki kişi ilə qayıdıb. Çağırılmamış qonaqlardan biri zərərçəkmişi döydüyü zaman, hadisənin digər iştirakçıları mənzili axtarmaqla məşğul olub. Mənzildən 100 ABŞ dolları, mobil telefon, dərman, geyim və zərərçəkmişin digər şəxsi əşyalarını götürən canilər, oranı tərk ediblər. Yekunda onlar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Onların hamısı Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi üzrə, yəni qabaqcadan əlbir olaraq zorakılıq yolu ilə başqasının əmlakını mənimsəmək üçün hücum təşkil etməkdə ittiham olunurlar.

Tarix
2016.08.17 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla