Yuxarı

Avropa ABŞ-sız özünü niyə müdafiə edə bilməz? - Səbəblər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ABŞ-sız özünü niyə müdafiə edə bilməz? - Səbəblər

ABŞ-ın köməyi olmadan Avropanın ciddi təhdiddən özünü qoruya bilməyəcəyi barədə bəyanatlar getdikcə daha tez-tez səslənir. Xüsusilə, NATO-nun Baş katibi Mark Rutte də bu həftə Avropa Parlamentində keçirilən dinləmələr zamanı bu barədə danışıb. Onun sözlərinə görə, Avropaya ABŞ lazımdır və eyni şəkildə ABŞ-a da Alyans lazımdır.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunur ki, Qərbin hərbi ekspertləri Avropanın ABŞ olmadan müharibə aparmaq qabiliyyətinin qiymətləndirilməsinin təkcə faydalı bir düşüncə təcrübəsi deyil, həm də zərurət olduğu qənaətindədirlər. Onların fikrincə, hazırda əsas problem ondan ibarətdir ki, NATO-nun Avropa üzvü olan ölkələrinin çoxsaylı problemləri var və bunları qısa müddətdə həll etmək çətin olacaq.

Təqaüddə olan aviasiya marşalı və Böyük Britaniyanın Müdafiə Akademiyasının baş direktoru Edvard Stringer bildirib ki, döyüş tankları və ya qırıcı təyyarələr kimi silah sistemlərinin 10 əsas kateqoriyasında ABŞ-ın 33 əsas variantı olduğu halda, avropalıların 174 variantı var. Bu variantların çoxu özünəməxsus ehtiyat hissələri, yanacaq növləri və ya sursatlarla fərqlənir.

Həmçinin qitə ölkələrinin silahlı qüvvələrində 12 növ tank, 14 növ döyüş təyyarəsi və 16 növ piyada döyüş maşını mövcuddur. Hətta Almaniya istehsalı olan “Panzerhaubitze 2000" özüyeriyən haubitsaları belə onları istifadə edən ölkədən asılı olaraq fərqlənir.

“Amerika gedərsə, problem Avropanın çox sayda F-16, F-35 qırıcıları, “Leclerc” döyüş tankları və ya güclü Niderland freqatları toplaya bilməməsində deyil, onları necə birləşdirəcəyində olacaq”, - Stringer izahında vurğulayıb.

Bundan əlavə, ekspert qeyd edib ki, Avropa ölkələrində əsas avadanlıqlarda ciddi çatışmazlıq var.

Tarix
2026.01.31 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla