Yuxarı

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

30 yanvarda İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, İran ABŞ-ın saziş bağlanması ilə bağlı tələblərini rədd edir. ABŞ-la razılaşma faktiki olaraq İran rejimini yaşanmaz hala salacaq, bu razılaşma rejimi dərhal devirmir, İslam Respublikasının mövcudluq arxitekturasını (ideoloji, iqtisadi və güc sütunlarını) dağıdır.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“ABŞ isə öz növbəsində İranın ətrafında donanmanı gücləndirməklə yanaşı Yaxın Şərqdəki bazalara dayanmadan silah, raketlər və HHM sistemləri daşımağa davam edir.

Mövcud şərait və şərtlər Trampa geri addım atmağa (sevdiyi kimi) imkan vermir və səbəb olduqca sadədir: potensial sazişin danışıq predmeti İran rejiminin boynuna asılan saatlı bombadır, təbii ki, rejim bunu qəbul etmir: etmirsə, diplomatiya bitir, diplomatiya bitirsə, toplar, raketlər işə düşür”, - o bildirib.

Politoloq vurğulayıb ki, əsas xəbər Səudiyyə Ərəbistanı ilə bağlı yayılan məlumatdır:

“Axios” yazır ki, Ərəbistan mövqeyini 180 dərəcə dəyişib, 30 yanvarda Vaşinqtonda keçirilən qapalı brifinqdə Ərəbistanın müdafiə naziri İrana hücumun zərurətini qeyd edib. Xatırladaq ki, 14 yanvarda gözlənilən hücumun olmamasında Səudiyyə Ərəbistanının kəskin etirazı da rol oynadı”.

Tarix
2026.01.31 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla