Yuxarı

Lavrovla Simonyanın görüşü gərgin keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovla Simonyanın görüşü gərgin keçdi

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib. Əslində bu gərginliyə hər iki şəxs hazır idi. Alen Simonyan Baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir. Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa Birliyinə üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa Birliyinin Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.

“Ermənistan Rusiyanın müttəfiqidir” xatırlatmasını edən Lavrovun sonrakı cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür”, - politoloq bildirib.

E.Şahinoğlu vurğulayıb ki, Lavrovun sözlərinin əksinə olaraq, Cənubi Qafqazda mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib:

“Lavrovun Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmir yolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir”.

Qeyd edək ki, Alen Simonyan 4 fevralda Rusiyaya 3 günlük səfərə gedib. Bu gün o, Sergey Lavrovla görüşüb.

Tarix
2026.02.05 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla