Yuxarı

WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?

WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə yerüstü nəqliyyatın necə fəaliyyət göstərəcəyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ictimai nəqliyyatda hərəkət aşağıdakı kimi təşkil ediləcək:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində doqquz hab və iki son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.

Tədbir iştirakçılarının Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda, tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir. Daşımalar, əsasən, elektrikli avtobuslarla həyata keçirilir. Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrasının AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1 500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.

"Ayna MaaS" tətbiqi vasitəsilə həm tədbir marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş imkanı, habelə "Ayna MaaS" tətbiqində tədbir marşrutları üzrə funksionallıq yaradılıb.

WUF13-lə bağlı altı küçə və prospektdə ümumi uzunluğu 41.5 km olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb. 34 küçə və prospektdə (ümumi 170 km) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 km-dən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.

Şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63.2 km-ə çatdırılıb. Şəhərin küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.

Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılması imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.

Tədbirlə bağlı daşımalara 150 ədəd "Bakı taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və "Koroğlu" NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri "Terminal 2"nin qarşısında təyin edilib”.

Tarix
2026.05.16 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla