Yuxarı

Qarabağ atları Britaniyada şou göstərdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ atları Britaniyada şou göstərdi - Foto

May ayının 14-da Birləşmiş Krallıqda start götürən ənənəvi “Vindzor Kral Atçılıq Şousu"nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan Arşın mal alan operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunmuşdur. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirib.

Tədbirdə iştirak edən İngiltərə kralı III Charles Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılamış, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləmişdir.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılmışdır. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əskər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəhri Kəzım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırmışlar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.

Tarix
2026.05.16 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla