Yuxarı

Yaponiyada seçkilər: Takaiçi qalib gəlir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir

NHK televiziya kanalının keçirdiyi “ekzit-poll” sorğusunun nəticələrinə əsasən Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiyası Nümayəndələr Palatasında üstünlüyü təmin edib.

Axar.az xəbər verir ki, növbədənkənar seçkilərlə əlaqədar səsvermə prosesi yerli vaxtla saat 20:00-da başa çatıb.

Hazırda səslərin sayılması prosesi gedir.

Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar seçkidə parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir. Hakim LDP seçkiyə Yaponiya İnnovasiya Partiyası ilə koalisiya ilə gedib. Parlamentdə çoxluq qazanmaq üçün ən azı 233 yerə sahib olmaq lazımdır. Təxminən 70 il Yaponiyada hakimiyyətdə olan LDP bu seçkidə həm də daha güclü müxalifətlə mübarizə aparıb. Partiyanın 26 illik koalisiya ortağı olan Komeito Partiyası ötən ilin oktyabrından müxalif Konstitusiya Demokrat Partiyası ilə parlamentdə əsas müxalifət blokunu yaradıb.

Tarix
2026.02.08 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla