Yuxarı

İran agentləri onu ələ almaq istəyirdi, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran agentləri onu ələ almaq istəyirdi, lakin...

İsrailin Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə olmaqda şübhəli bilinən bir jurnalisti saxlayıblar.

Axar.az xəbər verir ki şübhəli şəxs yanvar ayının sonunda naməlum şəxslərin onunla əlaqə saxlaması barədə polisin kiberşöbəsinə müraciət etdikdən bir neçə gün sonra həbs olunub.

Bildirilib ki, jurnalistlə sosial şəbəkələr üzərindən əlaqə yaradılıb və ondan pul qarşılığında etiraz aksiyalarında iştirak etmək, həmçinin Qüdsün mərkəzi küçələrinin fotolarını çəkmək xahiş edilib. O, əvvəlcə bu təkliflərə şübhə ilə yanaşmayıb, çünki peşə fəaliyyəti çərçivəsində oxşar müraciətlər alıb. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq məsələ barədə məlumat verib.

Hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılmasını istəsələr də, apellyasiya məhkəməsi bu müraciəti təmin etməyib. Bildirilib ki, hazırda şübhəli şəxs ev dustaqlığına buraxılıb.

Tarix
2026.02.10 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla