Yuxarı

Lukaşenko baş nazir müavinini hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko baş nazir müavinini hədələdi

Ölkənin daha bir böyük magistral istilik xəttində qəza baş verəcəyi təqdirdə Baş nazirin müavini Viktor Karankeviçi divara söykəyəcəm.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, istilik və elektrik şəbəkələri modernləşdirilməlidir:

"Ötən ay Minskdə istilik magistralı partladı. Bu, bir daha baş verməməlidir. Minskdə istilik magistralının partlamasından sonra həm Baş nazir Aleksandr Turçin, həm də Baş nazirin müavini Karankeviçlə ciddi bir söhbətim oldu. Söhbətimizə qulaq assaydınız, dəhşətə gələrdiniz. Mən Karankeviçə dedim: Belə bir partlayış bir daha baş versə, səni divara söykəyəcəm".

Belarus lideri enerji şirkətlərinin şaxtalı havada istilik sistemlərində təzyiqi artıraraq qapalı məkanların temperaturunu 25 dərəcəyə qaldırmasını tənqid edib.

"Təzyiq dəlicəsinə idi; borular buna dözə bilmədi, hər şey partladı", - deyə Lukaşenko izah edib.

Eyni zamanda, o, büdcə vəsaitləri hesabına irimiqyaslı istilik və elektrik təchizatı qurularkən enerji şirkətlərinin qazanc əldə etdiyini etiraf edib.

Tarix
2026.02.18 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla