Yuxarı

Pakistan bu ölkəyə müharibə elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan bu ölkəyə müharibə elan etdi

10:09

NATO qüvvələri geri çəkildikdən sonra Əfqanıstanda sülhün bərqərar olacağı, Talibanın əfqan xalqının maraqlarına və regional sabitliyə diqqət yetirəcəyi gözlənilirdi.

Axar.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asif özünün X səhifəsində yazıb.

“Lakin Taliban Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirdi. Onlar dünyanın hər yerindən terrorçuları Əfqanıstana toplayaraq terrorizmi ixrac etməyə başladılar. Öz xalqlarını əsas insan hüquqlarından məhrum etdilər. İslamın onlara verdiyi hüquqları qadınların əlindən aldılar.

Pakistan vəziyyəti sabit saxlamaq üçün həm birbaşa, həm də dost ölkələr vasitəsilə hər cür səy göstərdi. Geniş diplomatiya apardı. Lakin Taliban Hindistanın nümayəndəsinə çevrildi.

Bu gün Pakistanı hədəf almaq cəhdləri edildikdə, Allahın lütfü ilə silahlı qüvvələrimiz qəti cavab verir. Keçmişdə Pakistanın rolu müsbət olub. 50 ildir ki, beş milyon əfqanı qəbul etmişik. Hətta bu gün də yüz minlərlə əfqan torpaqlarımızda dolanışıqlarını təmin edir.

Səbrimiz daşıb. İndi açıq qarşıdurmadır. Qətiyyətli hərəkətlər olacaq. Pakistan ordusu dənizin o tayından gəlməyib. Biz sizin qonşunuzuq və reallığınızı yaxşı bilirik”, - o qeyd edib.

Qeyd edək ki, dünəndən etibarən Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurmalar başlayıb. Taliban qüvvələri Pakistanın bir hərbi bazasını və 19 sərhəd-keçid məntəqəsini ələ keçirib. Bundan başqa, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının vurulduğu bildirilir.

Tarix
2026.02.27 / 11:12
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla