Yuxarı

ABŞ-dan Malikiyə xəbərdarlıq: Namizədlikdən imtina et!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Malikiyə xəbərdarlıq: Namizədlikdən imtina et!

ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Nuri əl-Malikiyə İraq baş nazirliyinə namizədliyindən imtina etməsini ciddi şəkildə tövsiyə edib.

Axar.az xəbər verir ki, bu barədə “Al-Hadat” məlumat yayıb.

Mənbələrin məlumatına görə, Bağdadda Barrak və Maliki arasında keçirilən görüş zamanı Trampın xüsusi nümayəndəsi ona baş nazirliyə namizədliyini geri götürməsinin vacibliyini bildirib.

Barrakı həmçinin İraqın hazırki baş naziri Məhəmməd əs-Sudani də qəbul edib.

Bildirilib ki, Barrak Sudanini Vaşinqton nümayəndələrinin Maliki ilə heç bir şəxsi problemi olmadığına əmin edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iranyönlü hesab edilən Nuri əl-Malikinin yenidən baş nazir olacağı təqdirdə İraqa yardım etməyəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Tarix
2026.02.28 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla