Yuxarı

İranın hücumlarını da qəbul etmirik - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın hücumlarını da qəbul etmirik - Ərdoğan

İranın suverenliyini açıq şəkildə pozmaqla yanaşı, dost və qardaş İran xalqının əmin-amanlığına qəsd edən hücumları qınayırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Eyni şəkildə, səbəbi nə olursa-olsun, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını da qəbuledilməz hesab edirik. Müharibənin daha da böyüməməsi və böyük faciələr yaşanmaması üçün başda İslam dünyası olmaqla, bütün aktorlar təcili şəkildə hərəkətə keçməlidir. Biz Türkiyə olaraq problemlərin həll olunması üçün üzərimizə düşən öhdəlikləri yerinə yetiririk və yetirəcəyik.

Sərhəd təhlükəsizliyimiz və hava məkanımız baxımından heç bir problemimiz yoxdur. Ən yüksək səviyyədə bütün tədbirləri görürük”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran cavab tədbirləri olaraq qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alır.

Tarix
2026.02.28 / 22:47
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla