Yuxarı

Rusiya İrana hərbi texnika göndərdi - ABŞ məhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İrana hərbi texnika göndərdi - ABŞ məhv etdi

Gözlənildiyi kimi, Rusiya və Çin İrana hərbi dəstək vermək istəmirlər. Əlbəttə, Moskva və Pekin İrandakı rejimin çökməsi və Vaşinqtonun bu ölkəni nəzarətə götürməsində maraqlı deyillər. Ancaq Moskva və Pekin ABŞ-ı durdurmaq fikrindən də uzaqdırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və İsrailin 28 fevraldan İrana qarşı hərbi əməliyyatlara başlaması haqda qeyd edib.

O xatırladıb ki, ABŞ və İsrailin ötən il İrana qarşı 12 günlük müharibəsində də Rusiya və Çin passiv mövqedə qalmışdılar:

“Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibədən sonra Rusiya və Çinin adını çəkmədən “tərəfdaşlarımız bizə dəstək vermədilər” cümləsini işlətmişdi. Pezeşkian Moskva və Pekini nəzərdə tuturdu. İranın bu iki ölkədən başqa tərəfdaşı yoxdur. Halbuki Rusiya Prezidenti Vladimir Putin daha əvvəl İranın köməyinə gəlməyəcəyinə dair Tehranı xəbərdar etmişdi.

Çin İranla 2021-ci ildə saziş imzalamışdı. Bu sazişə görə, Çin 25 il ərzində İrana 400 milyard dollar civarında yatırım qoymalı idi. Ancaq suyu üfürə-üfürə içən Çin İrana yatırım qoymağa tələsmədi. Çünki Pekin anlayırdı ki, İran uranın zənginləşdirməsi siyasətini davam etdirdikcə, bu ölkəyə qarşı müharibə ehtimalı azalmayacaq. Çin isə müharibə riski ilə üzləşən dövlətə yatırım qoymaz və buna görə də həmin 400 milyard dollarlıq saziş kağız üzərində qaldı.

ABŞ və İsrail İrana hücum etmədən əvvəl Tehran Rusiya və Çindən müəyyən miqdarda hərbi texnika alıb. Ancaq ABŞ və İsrailin İrana endirdiyi zərbələrin ünvanlarından biri də həmin hərbi texnikanın toplandığı mərkəzlərdir. İranın əvvəlki müharibədə olduğu kimi, bu dəfə də Rusiyadan aldığı hava müdafiə sistemi işə yaramadı. ABŞ və İsrail təyyarələri İranın hava məkanında rahat hərəkət edirlər.

Buna baxmayaraq, İran əlində olan raketlərlə İsrailə və ərəb ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirməyə müvəffəq olub. Körfəz ölkələrinin enerji mərkəzləri təhlükə altındadır. Bu isə artıq Çini narahat etməyə başlayıb. Çünki Çin İranla yanaşı Körfəz ölkələrindən də neft alır. İran isə müharibəni qloballaşdırmağa çalışmaqla Çinin bölgənin enerji resurslarını idxal imkanlarını məhdudlaşdırır. Pekin İranın Hörmüz boğazını qapatması təşəbbüslərindən də narahatdır”.

Ekspert vurğulayıb ki, bu vəziyyətdə İran düşmənləri ilə müharibədə yalnız öz resurslarına istinad etməlidir:

“Məhdud hərbi resurslar isə İranın ABŞ və İsrailə qarşı müharibəni uzun müddət davam etdirməsinə kifayət etməyə də bilər”.

Tarix
2026.03.03 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla