Pokut yaylası Türkiyənin Rizə vilayətinin Çamlıhəmşin
rayonunda, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşir.
Bəlkə də bu səbəbdən bəzi mobil operatorların yaylada şəbəkəsi
tutmur, internet isə ümumiyyətlə yoxdur. Televiziyaya gəlincə,
yalnız bəzi evlərdə var.
Axar.azSey-yah.com-a
istinadən xəbər verir ki, bura buludların əskik olmadığı yaşıl
bölgədir.
Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa
tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan
Elbrus dağının da göründüyü deyilir.
Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan
tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl
qorunub.
Yaylanın yaxınlarında bulaq, çay olmadığı üçün su problemi
yaşanır. Adətən bələdiyyə tərəfindən su anbarları mütəmadi
doldurulur.
Pokutda ən gözəl mənzərə dumanın yaylanı bürüdüyü vaxt olur. Bu
vaxt "bulud dənizi"ni görə bilərsiniz. Yaylada gün ərzində soyuq,
duman, yağış və günəşlə qarşılaşa bilərsiniz. Bəzən isə 15 gün
duman, yağış olur, daha sonra günəş çıxır. İdeal səfər vaxtı
may-sentyabr aylarıdır.
Burada kənardan gələn şəxslərə ev satmırlar. Qara dənizin hər
yaylasında yalnız o bölgənin insanlarına torpaq satıb, ev tikməsinə
icazə verirlər. Bu, regionun mədəniyyətini qorumaq məqsədi ilə
edilir.
Pokut yaylağı Çamlıhemşin rayonundan 16 km məsafədə yerləşir.
Bura kirayə götürdüyünüz maşınla, tur şirkətləri ilə, yaylaqdakı
qalacağınız qonaqlama mərkəzinin transfer xidməti ilə gedə
bilərsiniz. Lakin qonaqlama mərkəzinin transfer xidməti olduqca
bahadır, 250 lirəyə (138 AZN) başa gəlir.
Yaylaya piyada da getmək olar. Adətən maşınla olanlar bu
istiqamətdə piyada gedənləri avtomobillərinə dəvət edirlər.
Yaylanın yollarına daş töküldüyü görünsə də, az-maz yağışın
yağması yolda qalmağınıza səbəb ola bilər. Yolun kənarları isə
uçurumdur.
Buraya səfər etdiyiniz zaman azı bir gecə qalmağınız
məsləhətdir. Çünki gecənin soyuğunu, günəşin batmasını, səhər təmiz
havada oyanmağı, ərazidə yürüşə çıxmağı unutmayacaqsız.
Pokutda 5 qonaqlama mərkəzi var: Dəmirçioğlu otel, Pokut yayla
evi, Pokut təbiət qonaq evi, Plato istirahət və yeni açılan Tanevit
yayla evi.
Demək olar ki, hamısında qiymətlər eynidir. Sabah və axşam
yeməyi daxil gecəsi 120-150 lirə (66-83 AZN) arası dəyişir.
Buradan 15 dəqiqə məsafədə yerləşən Sal yaylasından isə dünyanın
ən gözəl qürub mənzərəsini izləyə bilərsiniz.
Pokut yaylasında edilə biləcək ən gözəl şey heç bir şey
etməməkdir. Sadəcə, mənzərəyə baxaraq saatlarla vaxt keçirə
bilərsiniz. Pokut kiçik yerdir, yaylanın hər qarışını 1 saata
dolaşa bilərsiniz.