Yuxarı

İsrail Tehranı 80 qırıcı ilə darmadağın edir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Tehranı 80 qırıcı ilə darmadağın edir - Video

07:25

İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə yeni genişmiqyaslı hücumlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

***

İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, Tehranda hərbi infrastruktura növbəti zərbələr endirib.

Bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub.

Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq SEPAH-ın "İmam Hüseyn" adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla, bir neçə hədəfi vurub.

İsrail tərəfinin məlumatına görə, obyekt SEPAH-ın ehtiyat bazası və yığım kompleksi kimi, eləcə də müxtəlif bölmələrin yerləşdirilməsi üçün istifadə olunurdu:

"Universitetdə İran rejiminin hərbi qüvvələrinə adi və fövqəladə şəraitdə xidmət edən obyektlər yerləşirdi. Orada raket bölməsinin bunkerləri və İsrail Dövlətinin ərazisinə raketlərin buraxılması üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan anbarı var idi".

Bundan əlavə, ballistik raketlərin yeraltı saxlama və istehsal obyektinə zərbə endirilib.

Qeyd olunur ki, burada İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu olub. Onun ərazisində bunkerlər və komanda mərkəzləri yerləşirdi.

Bundan başqa, İsrail qüvvələri öz ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə İranın qərb və mərkəzi hissəsinin bir neçə rayonunda raketlərin buraxılış mövqelərinə hücum edib.

***

İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilir.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, partlayışlar İran paytaxtının bir neçə rayonunda eşidilib, lakin hansı rayonların zərər çəkdiyi dəqiqləşdirilməyib.

Tarix
2026.03.07 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla