Yuxarı

SEPAH açıqlama yaydı, İran səfiri XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH açıqlama yaydı, İran səfiri XİN-ə çağırıldı

İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybani Livan Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Yusif Raci özünün X hesabında bildirib.

O, səfirin çağırılmasının səbəbini İran İnqilab Keşikçiləri Korpusunun Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlaması ilə əlaqələndirib.

“Bu gün keçiriləcək görüşdə İranın Livanın daxili işlərinə hər hansı müdaxiləsinin Beyrut tərəfindən qəbul edilmədiyini Şeybaninin diqqətinə çatdırılacaq”, - nazir yazıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu martın 11-i gecə saatlarında Hizbullahla koordinasiyalı şəkildə İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

Tarix
2026.03.13 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla