Yuxarı

Çoxdan bilirdim ki, müttəfiqlərimiz köməyə gəlməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çoxdan bilirdim ki, müttəfiqlərimiz köməyə gəlməyəcək

Amerikanın müttəfiqlərinin bizə lazım olan vaxtı kömək etməyəcəklərini çoxdan bilirdim.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O vurğulayıb ki, onun üçün İranla müharibəyə dəstəyin “könüllülük səviyyəsi” vacibdir:

“Bir çox ölkə mənə dedi ki, onlar iştirak edirlər. Bəziləri böyük həvəslə, bəziləri sadəcə iştirak edir. Bəzi ölkələr isə elə ölkələrdir ki, biz onlara illərlə kömək etmişik. Dəstək vermək səviyyəsi mənim üçün vacibdir.

Elə ölkələr var ki, biz orada 45 min əsgər yerləşdirmişik və onları təhlükədən qoruyuruq. Biz bunu çox yaxşı etmişik. Amma biz soruşanda ki: "Sizdə mina təmizləyən gəmilər varmı?” — onlar deyirlər: “Yaxşı, cənab, biz müdaxilə etməməyi üstün tutardıq".

Digər ölkələrin müdafiəsini uzun müddət tənqid etmişəm. Çünki bilirəm ki, biz onları qoruyacağıq, amma əgər nə vaxtsa bizə kömək lazım olsa, onlar bizə köməyə gəlməyəcəklər. Mən bunu çoxdan bilirdim”.

Qeyd edək ki, Trampın Hörmüz boğazına hərbi gəmi göndərmək təklifi müttəfiq ölkələr tərəfindən müsbət qarşılanmayıb.

Tarix
2026.03.16 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla