Yuxarı

SOS: Krım tatarlarının evləri işarələnir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Krım tatarlarının evləri işarələnir

Krımda tatarlarının evləri naməlum şəxslər tərəfindən işarələnməyə başlayıb.

"Axar.az" xəbər verir ki, bu sözləri Krım Parlamentinin tatar əsilli deputatı Safura Kadjametova öz Feysbuk səhifəsində yazıb.

O bununla 25 ildən sonra yenidən Fərqanə hadisələrinin təkrarlanmağa yaxın olduğunu deyib. "Dünən naməlum şəxslər Krım tatarlarının yaşadığı evlər işarələnib. Artıq bizim evdə işarələnənlər sırasındadır. Bununla da 25 ildən sonra Fərqanəni təkrarlamaq istəyirlər. Həyəcanlanmayın! Biz axı nələrdən keçib bu günlərə gəlmişik. Biz 1944-cü ildə buranı tərk etməmişik. Sadəcə qovublar. Ona görə geri dönməmişik ki, yenidən vətənimizi tərk edib qaçaq. Yəqin ki beləcə bizi qorxutmaq istəyirlər. Qorxmayın! Bizim qaçmağa heç bir vətənimiz, torpağımız yoxdur. Bizdən geridə isə yalnız Qara dənizdir. Öz uşaqlarınızı və ailələrinizi qoruyun!"

Qeyd edək ki, bu gün səhər Ukrayna ordusuna yazılmaq istəyən tatar gənclərinin oğurlanması haqqında əmrin verilməsi ilə bağlı məlumat yaymışdıq.

Tarix
2014.03.05 / 14:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla