Yuxarı

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Dünya artıq geri dönüş nöqtəsinə çatıb və artan regional gərginlik 2026-cı ildə qlobal fəlakətə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış tarixçi və analitik, “Çinli Nostradamus” kimi tanınan Jiang Xueqin deyib.

Analitik hesab edir ki, mümkün böhranın əsas mərkəzi İran olacaq. İran ABŞ-la birbaşa hərbi toqquşmaya girmək əvəzinə, qlobal enerji və su infrastrukturunu hədəf alan strategiya seçəcək. Bu isə dünya üzrə qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Həmçinin qeyd olunur ki, Hörmüz boğazının bağlanması nəticəsində gəmiçilik trafiki 75% azalacaq. Bu halda neftin qiyməti bir barrel üçün 180 dollardan yuxarı qalxa, Avropada təbii qazın qiyməti isə 60% arta bilər.

Onun fikrincə, yanacaq və gübrə qiymətlərinin bahalaşması qlobal ərzaq təhlükəsizliyi böhranına gətirib çıxara bilər. Beləliklə, müharibənin təsirləri yalnız döyüş meydanında deyil, gündəlik həyatımızda, supermarketlərdə də hiss olunacaq.

Qeyd edək ki, Jiang Xueqinin 2024-cü ildə səsləndirdiyi bəzi proqnozların gerçəkləşməsi onun “peyğəmbər” kimi tanınmasına səbəb olub. O, hələ Co Baydenin prezident olduğu və Donald Trampın seçki kampaniyasına yeni başladığı dövrdə “İran azadlığı əməliyyatı” adlı geniş ssenari də hazırlamışdı.

Tarix
2026.03.31 / 07:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla