Yuxarı

“Titanik” gəmisini min dronla belə canlandırdılar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Titanik” gəmisini min dronla belə canlandırdılar - Foto

Təxminən min ədəd işıqlanan dron Belfast limanında əfsanəvi "Titanik" laynerinin siluetini canlandırıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, instalyasiya BBC-nin "Burada hazırlanıb" (Made Here) layihəsi çərçivəsində yaradılıb.

Bildirilib ki, gəmi 1912-ci ildə məhz buradan özünün ilk və son səfərinə yollanmışdı.

"Biz “Titanik”i Belfasta qaytardığımız üçün çox qürur duyuruq. Şəhər gəminin həyatının son saatlarının saniyəbəsaniyə araşdırılmasını böyük həvəslə qarşıladı. Tarixin ən məşhur gəmisinin inşasını və bu epik serialın yaradılmasını qeyd etmək üçün “Titanik”i Belfast limanında işıqlandırma vasitəsilə canlandırmaqdan daha yaxşı üsul yoxdur", - deyə layihənin həmmüəllifi Saymon Yanq bildirib.

Lakin bir çox irlandiyalı qarşıdan gələn dron şousu barədə məlumatlandırmanın kifayət qədər kütləvi olmamasından və martın 30-da baş tutan çəkilişləri canlı izləyə bilməmələrindən narazı qalıblar. "Irish News" yazır ki, insanlar şounu yalnız aprelin 2-də, "Titanik"in yola düşməsinin ildönümündə BBC-də nümayiş etdirilərkən izləməklə kifayətlənməli olublar.

Tədbirdə "Titanik"lə əlaqəsi olan bir neçə şəxs, o cümlədən Belfastın "Titanik" cəmiyyətinin sədri Eydan Makmaykl iştirak edib. O, çəkilişə düşə bilməyənlərin məyusluğunu başa düşdüyünü, lakin BBC-nin dron şousunu kütləvi tədbirə çevirməmək qərarını düzgün hesab etdiyini bildirib. Onun sözlərinə görə, böyük insan kütləsi təhlükəsizlik riski yarada və layihənin icrasına mane ola bilərdi.

Tarix
2026.04.04 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla