Yuxarı

Yaxın Şərqdə böhran: Dünyanın enerji xəritəsi dəyişir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə böhran: Dünyanın enerji xəritəsi dəyişir

Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı ətrafındakı böhran dünya enerji xəritəsinin yenidən formalaşmasına səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı əvvəlki etibarlılığını itirib və mövcud vəziyyət qlobal enerji sistemində ciddi dəyişikliklər yarada bilər:

“Dünya iqtisadiyyatının bir boğazdan asılı olduğu dövr artıq geridə qalmağa doğru gedir. Sabah hər şey normallaşsa belə, yüksək qiymətlər və bazarlardakı volatillik uzunmüddətli nəticələr doğuracaq. Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarında müvəqqəti deyil, struktur xarakterli pozuntular yaradır”.

Fateh Birol bildirib ki, enerji bazarlarının sabitləşməsi ən azı iki il çəkə bilər:

“Hörmüz boğazı sabah açılsa belə, müharibədən əvvəlki vəziyyətə qayıtmaq üçün vaxt, bərpa prosesi və ciddi investisiyalar lazımdır. Bu, ən azı iki il davam edəcək. Enerji idxal edən ölkələr üçün çox çətin dövr olacaq. Bazarları dərhal düzəldəcək möcüzəvi həll yoxdur”.

Tarix
2026.04.21 / 12:55
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla