Yuxarı

Ərdoğan məktəblərdəki hadisələrə görə onu işdən çıxardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan məktəblərdəki hadisələrə görə onu işdən çıxardı

Türkiyədə təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi qəzet"də yayımlanıb.

Prezidentin digər qərarı ilə Cihad Dəmirli N.Yılmazın yerinə təyinat alıb.

Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Qəhrəmanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfada məktəbə təşkil edilən silahlı hücum nəticəsində 16 nəfər xəsarət alıb. İkinci hadisə isə aprelin 15-də Qəhrəmanmaraşda baş verib. Məktəbə silahla gələn İ.A.Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, 9 nəfər həlak olub. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra xəstəxanada daha bir şagird də həyatını itirib.

Tarix
2026.04.25 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla