Yuxarı

Çin Avropanı hədələdi: Dərhal siyahıdan çıxart!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Avropanı hədələdi: Dərhal siyahıdan çıxart!

Çinin Ticarət Nazirliyi Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiya paketinə Çin şirkətlərini daxil etməsinə görə qəti etirazını bildirib və Avropanı “nəticələrlə” hədələyib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat dərc edib.

Qeyd olunur ki, Pekin həmin şirkətlərin siyahıdan dərhal çıxarılmasını tələb edir.

Agentlik xatırladır ki, AB-nin 20-ci sanksiya paketi üçüncü ölkələrdən kritik əhəmiyyətli yüksək texnologiyalı malların tədarükçülərinə qarşı yönəlib. Siyahıda bir neçə Çin şirkəti də yer alır. Bu müəssisələr Rusiyanın hərbi-sənaye kompleksi üçün ikili təyinatlı məhsullar və ya silah sistemləri tədarük etməkdə ittiham olunur.

Çinin Ticarət Nazirliyinin adı açıqlanmayan nümayəndəsi bildirib ki, bu addım Çin və AB liderləri arasında əldə olunmuş razılaşmanın ruhuna ziddir və qarşılıqlı etimadı, eləcə də ikitərəfli münasibətlərin ümumi sabitliyini ciddi şəkildə sarsıdır.

Pekin bəyan edib ki, Çin şirkətlərini qorumaq üçün zəruri tədbirlər görməyə hazırdır. Bununla yanaşı vurğulanıb ki, bütün nəticələrə görə məsuliyyəti Avropa Birliyi daşıyacaq.

Tarix
2026.04.26 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla