Yuxarı

Əgər Rusiya buna davam edərsə, cavab veriləcək - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Rusiya buna davam edərsə, cavab veriləcək - Zelenski

Bu gecə və sabahkı vəziyyət Ukraynanın gələcək hərəkətlərini müəyyən edəcək. Rusiya Ukraynaya zərbələr endirməyə davam edərsə, Ukrayna ordusu da eyni şəkildə cavab verəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiyaya etdiyimiz təklifi - tam atəşkəsi dəstəkləyən hər bir liderə təşəkkür etmək istəyirəm. Bu gün görürük ki, Rusiya atəşkəs təklifimizə yalnız yeni zərbələr, yeni hücumlarla cavab verir”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə birtərəfli atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski isə Teleqram səhifəsində daha erkən - mayın 5-dən 6-na keçən gecədən (00:00-dan) Ukrayna tərəfdən atəşkəs olacağını elan etmişdi. Buna baxmayaraq, Rusiya zərbələrini dayandırmayıb.

Tarix
2026.05.07 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla